21 yaşadək futbolçulardan ibarət milli komandaların UEFA reytinqi açıqlanıb. Matç.az saytı xəbər verir ki, son üç Avropa çempionatının nəticələrinə görə tərtib olunan cədvəldə 55 komanda yer alıb.

Rəşad Sadıqovun baş məşqçisi olduğu Azərbaycan millisi Avropada 45-cidi. Komandamız son üç seçmə mərhələnin yekunlarına əsasən 15 min 836 xala malikdi.

Yığmamız yalnız 10 komandanı qabaqlayır. Bunlar Ermənistan, Kipr, Lüksemburq, Malta, Estoniya, Farer adaları, Cəbəllütariq, Andorra, San-Marino və Lixtenşteyndi.

Qeyd edək ki, AVRO-2021-in püşkatması zamanı səbətlərin bölüşdürülməsində istifadə olunacaq reytinqə Almaniya başçılıq edir – 39 min 646 xal.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest