Avropa Liqasında ilkin mərhələyə yekun vurulub. Matc.az saytının məlumatına görə, baş tutan 7 cavab qarşılaşmasından sonra I təsnifat mərhələsinə adlayan komandalar müəyyənləşib.

Həmçinin qeydə alınan nəticələrə əsasən, I raunddakı 7 cütlük də bəlli olub. Mərhələ adlayan komandalar aşağıdakı cütlərdə qərarlaşıb.

"Malmö" (İsveç) -  "Ballumena" (Şimali İrlandiya)

"Europa" (Cəbəllütariq) - "Legiya"(Polşa)

"Kork Siti" (İrlandiya) - "Proqres" (Lüksemburq)

"Sent Jozefs" (Cəbəllütariq) - "Reyncers" (Şotlandiya)

"Dinamo" (Gürcüstan) - "Enqordani" (Andorra)

"Riterlai" (Litva) -  "Klaksvik" (Farer adaları)

"Kliftonvill" (Şimali İrlandiya) - "Hoqesun" (Norveç)

 

Qeyd edək ki, I təsnifat mərhələsinin oyunları iyulun 11-də və 18-də baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest