05 İyul 2019, 10:06
FUTBOL
"Empoli"nin futbolçusu İsmael Bennaser yeni mövsümdən "Milan"ın şərəfini qoruyacaq. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, klublar bu transferdə ortaq məxrəcə gəlib.
Anlaşmaya əsasən, "Milan" 21 yaşlı əlcəzairli üçün 16 milyon avro ödəyəcək. "Empoli" həmçinin 1 milyon avro bonus da əldə edə bilər. Yaxın günlərdə bu keçidin rəsmən açıqlanması gözlənilir.
Qeyd edək ki, İsmael Bennaser ötən mövsüm ümumilikdə 38 matçda iştirak edib, 3 məhsuldar ötürmə ilə yadda qalıb.