İtaliyalı mütəxəssis Davide Ançelotti "Lill"in baş məşqçisi təyin olunmağa yaxındır.

Matc.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Santi Aouna paylaşıb.

Bildirilir ki, tərəflər artıq müqavilə şərtləri barədə razılığa gəliblər. Ançelotti bir neçə gün əvvəl müqaviləsi başa çatan Bruno Genesionu əvəz edəcək.

Qeyd edək ki, bu mövsüm "Lill" Fransa çempionatında bürünc medal qazanıb. Avropa Liqasında isə 1/8 finala qədər irəliləyə bilib.

"Lill" Ançelottinin məşqçi kimi ikinci klubu olacaq. Bundan əvvəl o, "Botafoqo"da 6 ay çalışıb. Davide 2012-ci ildən bəri PSJ, "Real", "Bavariya", "Napoli", "Everton" və Braziliya milli komandasında atası Karlo Ançelottinin köməkçisi olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest