28 May 2026, 21:25
FUTBOL
Massimiliano Alleqri "Napoli"nin yeni baş məşqçisi olacaq.
Matc.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Fabrisio Romano paylaşıb.
Bildirilir ki, 58 yaşlı mütəxəssis "Napoli" klubunun təklif etdiyi bütün şərtləri qəbul edib və tezliklə müqavilə imzalayacaq.
Ötən mövsüm Alleqri "Milan"ı çalışdırıb. Onun rəhbərliyi altında İtaliya klububu A Seriyasında 70 xal toplayaraq beşinci yeri tutub və Çempionlar Liqasına vəsiqə qazana bilməyib.
"Napoli" isə Antonio Kontenin rəhbərliyi altında mövsümü 76 xalla ikinci tamamlayıb.













