"Kifayət qədər qol vura bilmədiyimizə görə narazıyam".

"Qəbələ" Misli Premyer Liqasının pley-off oyununda "Mingəçevir"i 2:0 hesabı ilə məğlub edib.

Matc.az xəbər verir ki, Qəbələ təmsilçisinin baş məşqçisi Kaxaber Sxadadze oyundan sona keçirilən mətbuat konfransında qələbəni şərh edib:

- Azarkeşləri bu qələbə münasibətilə təbrik edirəm. Bu qələbə vacib idi. Yaxşı oyun oynadığımıza və qalib gəldiyimizə çox şadam. Bu qədər şansımız olsa da, kifayət qədər qol vura bilmədiyimizə görə narazıyam. Bu oyunda çox çalışdıq. Güclü məşqçi ilə qarşılaşdıq - bu, onların üstünlüyü idi. Amma daha güclü idik və layiqincə qalib gəldik.

- Bu, "Qəbələ"nin baş məşqçisi kimi son oyununuz idi?
- Hazırda müqaviləm var. Başqa suallarınız varsa, kluba ünvanlaya bilərsiniz.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest