28 May 2026, 22:58
FUTBOL
"Bütün cərimə zərbələri bizim əleyhimizə verilirdi".
"Mingəçevir" Misli Premyer Liqasının pley-off oyununda "Qəbələ"yə 2:0 hesabı ilə məğlub olub.
Matc.az xəbər verir ki, Mingəçevir təmsilçisinin baş məşqçisi Ramiz Məmmədov oyundan sona keçirilən mətbuat konfransında məğlubiyyəti şərh edib:
"Mən heç vaxt hakimlikdən narazı qalan məşqçi olmamışam. Amma açıq deyirəm, bu oyunda Tural Qurbanovun iştirakı yersiz idi. Bütün cərimə zərbələri bizim əleyhimizə verilirdi. Biz döyüşkən komandayıq. Şansımız var idi, amma olmadı.
I Liqa klubu ilə Premyer Liqa komandaları arasında büdcə və keyfiyyət fərqi var. Ədalətli rəqabəti təmin etmək üçün bu məqamlar nəzərə alınmalıdır".













