"Səbail" yaxşı komandadı. Onlar, xüsusən də hücumda güclüdülər. Azərbaycan komandasında sürətli futbolçular var. Bu baxımdan sağ cinahı xüsusi vurğulamaq istəyirəm. "Səbail" "Universitatya Krayova" üçün adi komanda deyil. Onlar üçün evdə və ya səfərdə oynamağın fərqi yoxdu. çünki elə də çox azarkeşləri olmur".

Matc.az saytının məlumatına görə, bunu "Zirə"nin müdafiəçisi Adrian Skarlatake deyib. Rumıniyalı müdafiəçi həmyerliləri "Universitatya Krayova"nın Avropa Liqasının I təsnifat mərhələsində "Səbail"ə rəqib olmasını dəyərləndirib.

33 yaşlı müdafiəçi Rumıniya mətbuatına açıqlamasında debütant olmasına baxmayaraq, Azərbaycan təmsilçisinin asan rəqib olmadığını söyləyib: "Bakı yaxşı şəhərdi, orda problem yoxdu. Sadəcə, oyun saatında hava isti olacaq. üstəlik, süni örtüklü meydanda oynayacaqlar. Məncə, şansalar bərabərdi. "Universitatya Krayova"ya çətin olacaq. Bu, onların avrokubokda ilk ilidi. Yeni komandadı və təcrübəsi yoxdu. Bakıda havanın isti olması və süni örtüklü meydança "Universitatya Krayova"ya problem yaradacaq. Krayovada rumınların daha çox şansı olacaq. Ancaq bu, asan başa gəlməyəcək. Oyuna baxmağa gələcəm. ümid edirəm ki, son məşqə də baş çəkə biləcəm".

Skarlatake yay fasiləsində "Zirə" ilə yeni müqavilə bağlamasına da aydınlıq gətirib: "Rumıniyadan 2 təklifim var idi. Amma Azərbaycanda qalmaq qərarına gəldim. çünki burda stabilliyim var, özümü yaxşı hiss edirəm. Bu üzdən başqa klubla müqavilə bağlamağı düşünmədim".

Qeyd edək ki, iyulun 11-də "ASCO Arena"da keçiriləcək "Səbail" - "Universitatya" oyunu saat 20:00-da başlayacaq. Bu komandalar arasında cavab matçı iyulun 18-də Krayovada baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest