"Nəticələrə əsaslanıb, "Benfika"nın favorit olduğunu vurğulaya bilərəm. Belçika təmsilçisi də güclü komandadı. "Halle Gooik" ardıcıl 3 mövsümdü ki, Belçika çempionu olur. Üstəlik, elit-raunda da yüksəlib".
"çətin qrupda yer aldığımızı deyə bilərəm. "Benfika" Portuqaliya çempionatının qalibidi, özü də onlar pley-off oyununda çempionlar Liqasının son qalibi "Sportinq"i məğlub ediblər". Matc.az xəbər verir ki, bunu futzal üzrə "Araz" klubunun baş məşqçisi Joze Alesio sa Silva deyib.
UEFA çempionlar Liqasının 2019-20 mövsümünün püşkü atılıb. Bu turnirdəki təmsilçimiz əsas mərhələdə "Benfika" (Portuqaliya), "Halle Gooik" (Belçika) və "Xerson" (Ukrayna) klubları ilə Belçikada qarşılaşacaq.
Azərbaycan çempionunun çalışdırıcısı azfutzal.az saytına açıqlamasında qrupu dəyərləndirib. O, xüsusən də, "Benfika"nı fərqləndirib: "Nəticələrə əsaslanıb, "Benfika"nın favorit olduğunu vurğulaya bilərəm. Belçika təmsilçisi də güclü komandadı. "Halle Gooik" ardıcıl 3 mövsümdü ki, Belçika çempionu olur. üstəlik, elit-raunda da yüksəlib. Reytinq cədvəlində də üst sıralarda qərarlaşıb. Həm də qrup oyunlarına ev sahibliyi edəcəklər. Ukrayna təmsilçisi də asan rəqib deyil. "Xerson" çempionatlarında aşkar favorit hesab edilən "Uraqan"ı "taxtdan" saldı. Heyətlərində 4-5 braziliyalı oyunçu var. Komandaya ispan baş məşqçi rəhbərlik edir. Bir sözlə, güclü rəqiblərlə qarşılaşacağıq. Bununla rəqiblərimizi böyüdüb, özümüzü kiçiltmirəm. "Araz" da rəqibləri üçün çətin komandadı".
Braziliyalı mütəxəssis komandasının şanslarını yüksək qiymətləndirib: "Mərhələ adlamaq üçün yaxşı şansımız var. çünki əvvəlki 2 ildən fərqli bu dəfə A yolunda mübarizə aparacağıq. Deməli, qrupumuzdan 3 komanda elit-raunda yükələcək. Bir qələbə qazanmaqla bu şansı böyük ölcüdə əldə edəcəyik. Digər yandan, heyəti formalaşdırmalıyıq. Hazırda "Araz"ın heyətindəki oyunçuların sayı azdı. Əlbəttə, keyfiyyətli futzalçılarla güclənməliyik. Planlarımız var. Yaxşı hazırlaşmalı, şansımızı qaçırmamalıyıq".