Məşhur simaların şüşə qapağını təpiklə açmaq ənənəsi davam edir. Matc.az xəbər verir ki, son olaraq "Los Anceles Qalaksi"nin hücumçusu Zlatan İbrahimoviç bu kompaniyaya qoşulub.

O, paltardəyişmə otağında təpiklə şüşə qapağını açdığını əks etdirən videonu sosial şəbəkə vasitəsilə paylaşıb. 37 yaşlı forvard həmçinin "Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqbaya çağırış edərək, ona meydan oxuyub.

Qeyd edək ki, Zlatan İbrahimoviç 2018-ci ilin əvvəlindən "Los Anceles Qalaksi"də çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest