"Trabzonspor"un futbolçusu Aleksandr Zubkov karyerasını Yunanıstanda davam etdirəcək.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Çempion AEK ukraynalı vingerin keçidini həll edib. 29 yaşlı oyunçu sabah tibbi müayinədən keçdikdən sonra Afina təmsilçisi ilə müqavilə imzalayacaq. Türkiyə klubu bu keçiddən 5 milyon avro qazanacaq.

Qeyd edək ki, Aleksandr Zubkov 2025/26 mövsümündə "Trabzonspor"un heyətində keçirdiyi 37 oyunda 4 qol vurub, 12 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest