"Barselona" ilə müqaviləsi başa çatan Robert Levandovski karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Fənərbaxça" azad agent statusunda olan polşalı hücumçunu heyətinə qatmaq istəyir. İstanbul nəhəngi artıq 37 yaşlı forvardın nümayəndələri ilə ilkin danışıqlara başlayıb.

Qeyd edək ki, Robert Levandovski başa çatan mövsümdə "Barselona"nın heyətində bütün turnirlərdə keçirdiyi 46 oyunda 19 qol vurub, 4 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest