02 İyun 2026, 15:58
FUTBOL
"Liverpul"la müqaviləsi başa çatan İbraima Konate karyerasını İspaniya Liqasında davam etdirəcək.
Matc.az xəbər verir ki, bu barədə "El Chiringuito TV" məlumat yayıb.
Fransalı mərkəz müdafiəçisi "Real"la anlaşıb. 27 yaşlı futbolçu futbolçu Madrid təmsilçisi ilə 4 illik müqavilə imzalayıb. Təcrübəli oyunçu "kral klubu"na azad agent statusu ilə qoşulur.
Qeyd edək ki, İbrahima Konate 2021-ci ilin yayından "Liverpul"da çıxış edirdi. Fransa millisinin üzvü 2025/26 mövsümündə "qırmızılar"ın heyətində keçirdiyi 51 oyunda 2 qol vurub.






_1780412646.jpg)






