"Əl-Şəbab" kapitanı Yannik Karraskonun müqaviləsinin müddətini uzadıb.

Matc.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Belçika millisinin üzvü ilə 2027-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan yeni sözləşmə imzalanıb.

Qeyd edək ki, Yannik Karrasko 2023-cü ilin yayından "Əl-Şəbab"da çıxış edir. 32 yaşlı vinger başa çatan mövsümdə "ağ-qaralar"ın heyətində keçirdiyi 32 oyunda 20 qol vurub, 9 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest