"Başakşəhər"in özbəkistanlı hücumçusu Eldor Şomurodov yay "transfer pəncərəsi"ndə karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Matc.az xəbər verir ki, Səudiyyə Ərəbistanının bir neçə klubu Özbəkistan millisinin kapitanını heyətinə qatmaqda olduqca maraqlıdır.

Türkiyədə xoşbəxt olduğunu gizlətməyən 30 yaşlı forvard həm maliyyə, həm də idman perspektivi baxımından sərfəli təklif gələcəyi təqdirdə klubunu dəyişməyə isti yanaşır. Təcrübəli oyunçunun yeni klubundan illik maaş gözləntisi təxminən 3 milyon avrodur. İstanbul təmsilçisi isə rəsmi müqavilə ilə məxsus olduğu ulduz hücumçunun satışı üçün minimum 8,5 milyon avro tələb edir.

Qeyd edək ki, Eldor Şomurodov arxada qalan mövsümdə Türkiyə Superliqasında "Trabzonspor"lu Pol Onuaçu ilə bərabər 22 qol vuraraq çempionatın ən çox qol vuran iki oyunçusundan biri (şərikli bombardir) olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest