Münxen "Bavariya"sı Niderlandın PSV klubunun yarımmüdafiəçisi İsmael Saibarinin transferi üçün hərəkətə keçib.

Matc.az xəbər verir ki, bu barədə məlumatı tanınmış insayder Florian Plettenberq paylaşıb.

Bildirilir ki, Almaniya klubu artıq 25 yaşlı mərakeşli futbolçuya və onun nümayəndələrinə rəsmi təklif göndərib. Hazırda tərəflər arasında potensial müqavilənin maliyyə təfərrüatları müzakirə olunur.

"Bavariya" rəhbərliyi hücumameylli yarımmüdafiəçi Entoni Qordonun transferini rəsmiləşdirə bilmədiyi üçün diqqətini alternativ variant olan Saibariyə yönəldib.

Mərakeş millisinin üzvünün PSV ilə müqavilə müddəti 2029-cu ilin yayına qədərdir. Futbolçu özü də bu keçidə isti yanaşır, lakin danışıqların rəsmi mərhələyə keçməsi üçün Eindhoven klubunun onun satış qiymətini yekun olaraq təyin etməsini gözləyir.

Qeyd edək ki, istedadlı yarımmüdafiəçiyə Avropanın digər nəhənglərinin də marağı artmaqdadır. "Bavariya" ilə yanaşı, Türkiyə təmsilçisi "Qalatasaray" və Fransa çempionu PSJ də Saibarinin transfer bazarındakı vəziyyətini yaxından izləyir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest