Elşad Quliyevin rəhbərlik etdiyi Azərbaycan milli komandası bu gün turnirin yarımfinal mərhələsində Serbiya yığması ilə üz-üzə gəlib.
Slovakiyanın paytaxtı Bratislavada keçirilən minifutbol üzrə Avropa çempionatı gərgin mübarizə ilə davam edir.
Matc.az xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi Azərbaycan milli komandası bu gün turnirin yarımfinal mərhələsində Serbiya yığması ilə üz-üzə gəlib.
"Tipos Arena"da baş tutan qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Millimizin heyətində yeganə qola Xətai Bağırov imza atıb.
Qaydalara əsasən, qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına ehtiyac duyulub. Zərbələri daha dəqiq yerinə yetirən komandamız Serbiya səddini keçərək adını finala yazdırmağı bacarıb.
Qeyd edək ki, minifutbolçularımız final qarşılaşmasında Ukrayna seçməsi ilə üz-üzə gələcəklər. Çempionluq matçı iyunun 4-də keçiriləcək.






_1780934073.jpg)






