"Jirona" və Ukrayna milli komandasının cinah oyunçusu Viktor Tsıqankov Türkiyənin "Trabzonspor" klubu ilə transfer danışıqları aparır.

Matc.az xəbər verir ki, bu barədə "Günebakış Haber" məlumat yayıb.

Yeni mövsüm öncəsi həm sağ, həm də sol cinahlarını gücləndirməyi hədəfləyən Qaradəniz təmsilçisi ukraynalı futbolçu ilə müqavilə imzalamaq üçün səylərini əhəmiyyətli dərəcədə artırıb.

Bildirilir ki, tərəflər arasında ilkin təmas artıq baş tutub və Tsıqankov "Trabzonspor"a keçmək variantına müsbət yanaşdığını ifadə edib. Türkiyə klubunun rəhbərliyi bu keçid üçün təxminən 10 milyon avro büdcə ayırmağa hazır olsa da, İspaniya təmsilçisi "Jirona" futbolçunun satışı üçün ən azı 15 milyon avro tələb edir.

Qeyd edək ki, ötən mövsüm İspaniya klubunun heyətində 34 rəsmi matçda meydana çıxan Viktor Tsıqankov, komandasına 7 qol və 5 məhsuldar ötürməlik töhfə verib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest