İtaliya millisinin və "Milan"ın sabiq ulduz futbolçusu, tanınmış mütəxəssis Gennaro Qattuzo "Latsio"nun yeni baş məşqçisi olacaq.

Matc.az xəbər verir ki, bu barədə məlumatı insayder Nikolo Şira paylaşıb.

Bildirilir ki, tərəflər arasında imzalanacaq müqavilə 2028-ci ilə qədər qüvvədə olacaq. Sözləşməyə əməkdaşlıq müddətini daha 1 il – 2029-cu ilin yayına qədər uzatmaq imkanı da daxil edilib. İtaliyalı mütəxəssisin paytaxt klubundakı şəxsi müqavilə şərtləri də bəllidir; Qattuzo müxtəlif uğurlara görə nəzərdə tutulan bonuslarla yanaşı, ildə 1,5 milyon avro maaş alacaq.

Təcrübəli baş məşqçi bu postda "Atalanta"nın sükanı arxasına keçəcək Mauritsio Sarrini əvəz edəcək.

Qeyd edək ki, Sarrinin rəhbərliyi altında "Latsio" ötən mövsüm A Seriyasını 9-cu pillədə başa vurub və İtaliya Kubokunun finalına yüksəlsə də, həlledici matçda "İnter"ə məğlub olub. Sarri bundan əvvəl 2021-2024-cü illərdə də "Latsio"nu çalışdırıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest