"Arsenal"ın müdafiəçisi Rikkardo Kalafiori karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Onda Cero" məlumat yayıb.

İtaliyalı futbolçunun xidmətində maraqlı olan klub "Real"dır. Madrid təmsilçisinin baş məşqçisi vəzifəsinə təyin olunacağı gözlənilən Joze Mourinyo 24 yaşlı sol cinah müdafiəçisini komandasında görmək istəyir.

Qeyd edək ki, Rikkardo Kalafiori başa çatan mövsümdə "Arsenal"ın heyətində bütün turnirlərdə keçirdiyi 36 oyunda 1 qol vurub, 3 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest