Futbolçuların transfer dəyəri mərkəzin şəxsi statistik modelinə əsasən qiymətləndirilib.

Beynəlxalq İdman Tədqiqatları Mərkəzi (CIES) öz rəsmi saytında dünyanın ən bahalı futbolçularının reytinqini dərc edib.

Matc.az xəbər verir ki, siyahı 100 oyunçudan ibarətdir. Futbolçuların transfer dəyəri mərkəzin şəxsi statistik modelinə əsasən qiymətləndirilib.

​Reytinqə "Barselona"nın dəyəri 358,1 milyon avro qiymətləndirilən 18 yaşlı vingeri Lamin Yamal başçılıq edir. İlk "3-lük"də onu "Mançester Siti"nin hücumçusu Erlinq Haland (227,3 milyon avro) və Madrid "Real"ının forvardı Kilian Mbappe (165,7 milyon avro) izləyir. "Bavariya"dan Maykl Olise (140,5) 4-cü, "Aston Villa"dan Morqan Rocers (136,8) isə 5-ci yerdədir.

Siyahıda iki türtiyəli oyunçu da yer alıb. Kenan Yıldız 7-ci, Arda Güler isə 9-cu sıradadır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest