"Atletiko"dan Antuan Qrizmann və PSJ-dən Neymarı transfer etmək istəyən "Barselona" büdcə ayırmağa çalışır. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Kataloniya klubu bunun üçün bir neçə oyunçusunu satacaq.

Yay fasiləsində Denis Suares, Pako Alkaser, Andre Qomeş və Yasper Silesseni satan "Barsa" indi də Samuel Umtitini transferə çıxarıb. İspaniya çempionu müdafiəçisinin satışından 60 milyon avro gəlir əldə etməyi planlaşdırır. 25 yaşlı oyunçunun keçidində hazırda ən çox "Arsenal" və "Mançester Yunayted" maraqlıdı.

Qeyd edək ki, Samuel Umtiti 2016-cı ildən "Barselona"da çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest