04 İyun 2026, 15:59
MPL
"Qarabağ" heyətini yeni qapıçı ilə gücləndirməyə hazırlaşır.
Matc.az xəbər verir ki, bu barədə "Germanijak" nəşri məlumat yayıb.
Azərbaycan klubu "Riyeka"nın kapitanı Martin Zlomisliçi heyətinə qatmağa hazırdır. Artıq klublar arasında razılıq əldə olunduğu bildirilir. "Qarabağ" 27 yaşlı qolkiper üçün Xorvatiya klubuna 500 min avro təzminat ödəyəcək.
Qeyd edək ki, Martin Zlomisliç 2021-ci ilin yayından "Riyeka"da çıxış edir. Təcrübəli qapıçı başa çatan mövsümdə komandanın heyətində 53 oyunda meydana çıxıb. O, Bosniya və Herseqovina yığmasının dünya çempionatı heyətində yer alıb.












