04 İyun 2026, 16:20
FUTBOL
2025/26 mövsümündə İngiltərə Çempionşipdə ən yaxşı oyunçu seçilən Heyden Henki karyerasını Premyer Liqada davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Telegraph" nəşri məlumat yayıb.
"Everton" "Midlsbro"nun yarımmüdafiəçisini transfer etmək istəyir. Mersisayd təmsilçisi artıq ingiltərəli futbolçu üçün hərəkətə keçib.
23 yaşlı dayaq yarımmüdafiəçisi ilə "Tottenhem", "Lids Yunayted", "Kristal Pelas" və "Brayton" da maraqlanır.
Qeyd edək ki, Heyden Henki ötən mövsüm "Midlsbro"nun heyətində keçirdiyi 41 oyunda 6 qol vurub, 8 qol ötürməsi edib.












