Fransanın "Oser" klubu baş məşqçisi Kristof Pelisyenin vəzifəsindən ayrıldığını rəsmən açıqlayıb.

Matc.az xəbər verir ki, bu barədə Fransa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

60 yaşlı fransalı mütəxəssis 2022-ci ildən bəri komandanın sükanı arxasında qərarlaşmışdı. Onun rəhbərliyi altında "Oser" ümumilikdə 140 rəsmi oyun keçirib ki, bu qarşılaşmalarda 50 qələbə, 52 məğlubiyyət və 38 heç-heçə qeydə alınıb.

Qeyd edək ki, başa çatan 2025/2026-cı illər mövsümündə komanda Pelisyenin rəhbərliyi altında Fransa Liqa 1-də turnir cədvəlini 15-ci pillədə başa vurub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest