İngiltərə millisinin sabiq baş məşqçisi Sven-Yoran Erikssonun yeni iş yeri məlum olub. Matç.az saytı xəbər verir ki, isveçli mütəxəssis Asiyada çalışacaq.

O, Filippin yığmasının baş məşqçisi təyin edilib.

70 yaşlı mütəxəssis 6 aylı müqavilə imzalayıb. Bu təyinatla filippinlilər ASEAN çempionatı və Asiya kubokunda daha uğurlu çıxış etmək istəyir. Erikssona yeni postunda irlandiyalı Skott Kuper kömək edəcək.
Qeyd edək ki, 2001-06-cı illərdə İngiltərə yığmasına rəhbərlik edən isveçli karyerası ərzində Meksika və Fil Dişi Sahili millilərində də baş məşqçi olub. O, "Höteborq", "Benfika", "Roma", "Latsio", "Mançester Siti", "Lester" kimi bir sıra klublarda da çalışıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest