"Fiorentina" baş məşqçisi Paolo Vanoli ilə yollarını rəsmən ayırıb.
Matc.az xəbər verir ki, bu barədə Florensiya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
53 yaşlı mütəxəssisin İtaliya klubu ilə müqaviləsi 2025/26 mövsümünün sonuna qədər qüvvədə olsa da, rəhbərlik əməkdaşlığa vaxtından əvvəl son qoyub.
"Bənövşəyilər" ötən mövsümü A Seriyasında 15-ci yerdə başa vurublar. Klub həmçinin UEFA Konfrans Liqasının 1/4 finalına yüksəlsə də, bu mərhələdə İngiltərənin "Kristal Pelas" komandasına məğlub olaraq mübarizəni dayandırıb.
Artıq yeni baş məşqçinin də adı bəllidir. İtaliya mətbuatının yaydığı məlumata görə, Vanolinin yerinə komandaya iyunun 4-də "Sassuolo"dan ayrılan Fabio Qrosso rəhbərlik edəcək.
Qeyd edək ki, İtaliya çempionatında son bir neçə həftədə Antonio Konte ("Napoli"), Massimiliano Alleqri ("Milan"), Mauritsio Sarri ("Latsio"), Vinçentso İtalyano ("Bolonya") və İvan Yuriç ("Atalanta") kimi tanınmış mütəxəssislər postları ilə vidalaşıblar.













