"Liverpul"un sabiq baş məşqçisi Arne Slot İngiltərənin digər təmsilçisi "Fulhem"in təklifini geri çevirib.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "The Times" nəşri yayıb.

Niderlandlı mütəxəssis yeni baş məşqçi axtarışında olan London klubunun onunla danışıqlar aparmaq istəyinə mənfi cavab verib.

Bu addımdan sonra "Fulhem" Portuqaliyanın "Benfika" klubunun sükanı arxasına keçməyə namizəd olan baş məşqçisi Marko Silvanın istefasını rəsmən elan edib.

Xatırladaq ki, mayın 30-da Slotun "Liverpul"dan qovulması ilə bağlı xəbərlər yayılıb. 47 yaşlı mütəxəssis 2024-cü ilin iyul ayından mersisaydlılara rəhbərlik edirdi. Onun rəhbərliyi altında komanda keçirdiyi 113 oyunda 66 qələbə, 18 heç-heçə və 29 məğlubiyyət qeydə alıb. "Liverpul" Arne Slotun başçılığı ilə 2024/25 mövsümündə Premyer Liqanın çempionu olub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest