Türkiyədə təlim-məşq toplanışında olan Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası bu gün növbəti yoldaşlıq oyununa çıxıb.

Matc.az xəbər verir ki, baş məşqçi Rəşad Eyubovun rəhbərlik etdiyi kollektiv Bəhreyn yığması ilə qüvvəsini sınayıb.

İsparta şəhərindəki "Sav" stadionunda keçirilən qarşılaşma millimizin 3:0 hesablı parlaq qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, toplanış çərçivəsində daha bir oyun planlaşdırılıb. U-21 millimiz iyunun 9-da Qırğızıstan komandası ilə qarşı-qarşıya gələcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest