"Napoli"nin sabiq baş məşqçisi Antonio Konte karyerasını Türkiyə Superliqasında davam etdirə bilər

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Football Italia" nəşri yayıb.

Bildirilir ki, təcrübəli italyan mütəxəssis "Fənərbaxça"nın maraq dairəsinə düşüb. Klubun prezidentliyinə namizədlərdən biri olan Hakan Safinin 56 yaşlı baş məşqçi ilə yaxından maraqlandığı və qarşıdan gələn seçkilərdə qalib gələcəyi təqdirdə onu komandanın sükanı arxasına gətirmək niyyətində olduğu vurğulanıb.

Qeyd edək ki, "Napoli" və Konte iyunun 4-də əməkdaşlıqlarına vaxtından əvvəl son qoyublar. İtaliya mətbuatının iddiasına görə, neapoluların rəhbərliyi Konteni digər təcrübəli mütəxəssis Massimiliano Alleqri ilə əvəzləməyi planlaşdırır.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest