Nüfuzlu "Transfermarkt" portalı futbolçuların cari bazar dəyərini yeniləyib.

Matc.az xəbər verir ki, yenilənmiş siyahıya əsasən, "Barselona"nın gənc cinah oyunçusu Lamin Yamal və "Mançester Siti"nin hücumçusu Erlinq Haland dünyanın ən bahalı futbolçuları ünvanına sahib çıxıblar.

Hər iki ulduz oyunçunun transfer dəyəri 200 milyon avro olaraq qiymətləndirilir.

Dünya futbolunun ən bahalı 10 futbolçusunun siyahısı isə aşağıdakı kimidir:

1. Lamin Yamal ("Barselona") - 200 milyon avro;
2. Erlinq Haland ("Mançester Siti") - 200 milyon avro;
3. Kilian Mbappe ("Real", Madrid) - 180 milyon avro;
4. Pedro ("Barselona") - 150 milyon avro;
5. Maykl Olise ("Bavariya") - 150 milyon avro;
6. Joao Neves (PSJ) - 140 milyon avro;
7. Xviça Kvaratsxeliya (PSJ) - 140 milyon avro;
8. Vitinya (PSJ) - 140 milyon avro;
9. Vinisius Junior ("Real", Madrid) - 140 milyon avro;
10. Cud Bellinqem ("Real", Madrid) - 140 milyon avro

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest