Qəbələdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama oyununa çıxıb.

Matc.az xəbər verir ki, yığmamız Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

İlk iki qolu millimizin vurduğu görüş rəqibin 5:2 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində qolları 19-cu dəqiqədə Daniil Rəcəbov və 25-ci dəqiqədə Əhəd Hacızadə vurublar.

Qeyd edək ki, komandalar arasında ikinci yoxlama oyunu iyunun 9-da keçiriləcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest