"Barselona" və "Mançester Siti"nin sabiq ulduz futbolçusu Yaya Ture Slovakiya təmsilçisi "Slovan" ilə müqavilə imzalayıb.

Matc.az xəbər verir ki, Bratislava klubu fil dişili mütəxəssisin baş məşqçi kimi karyerasında ilk iş yeri olacaq.

Əvvəllər "Seltik" və "Suonsi Siti"də fəaliyyət göstərmiş Darren Odinin onun köməkçisi təyin ediləcəyi gözlənilir.

Ture bura qədər "Tottenhem" akademiyasında, həmçinin Belçikanın "Standard" klubunda və Səudiyyə Ərəbistanı milli komandasında köməkçi məşqçi kimi təcrübə toplayıb.

Qeyd edək ki, "Slovan" geridə qalan 2025/2026 mövsümündə Slovakiya çempionluğunu qazanıb. Bratislava təmsilçisi Çexoslovakiya dövrünün titulları da daxil olmaqla, ümumilikdə 27-ci dəfə ölkənin ən güclüsü adını qazanıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest