07 İyun 2026, 09:36
FUTBOL
"Barselona"nın cinah hücumçusu Lamin Yamal İspaniya La Liqasında 2025/26 mövsümünün ən yaxşı futbolçusu mükafatına layiq görülüb.
Matc.az xəbər verir ki, 2009-cu ildə təsis edilən bu mükafatı ilk dəfədir ki, ispan futbolçu qazanır. Bununla da 18 yaşlı kataloniyalı ulduz doğma çempionatında tarixi uğura imza atıb.
Qeyd edək ki, sözügedən mükafatı ən çox qazanan oyunçu Lionel Messidir (9 dəfə). Digər illərdə isə Kərim Benzema (2 dəfə), Kriştiano Ronaldo, Antuan Qrizmann, Mark-Andre ter Ştegen, Cud Bellinqem, Rafinya və Yan Oblak (hərəyə 1 dəfə) bu ada sahib olublar.
Lamin Yamal başa çatan mövsümdə "Barselona"nın heyətində La Liqada 28 oyun keçirib, 16 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.










.jpg_1780781384.jpg)


