Türkiyənin "Qalatasaray" klubu rəhbərliyi portuqaliyalı yarımmüdafiəçi Gedson Fernandesin mümkün keçidini müzakirə etmək üçün Rusiyanın Moskva "Spartak" klubu ilə rəsmi danışıqlara başlayıb.
Matc.az xəbər verir ki, bu barədə Türkiyənin "Sözcü" nəşri məlumat yayıb.
Bildirilir ki, "sarı-qırmızılılar"ın prezidenti Dursun Özbek 27 yaşlı futbolçunun transferini reallaşdırmaq üçün hər cür fədakarlığı etməyə və bütün imkanları səfərbər etməyə hazırdır.
Xatırladaq ki, Gedson Fernandes 2021-ci ildə "Benfika"dan icarə əsasında yarım mövsüm "Qalatasaray"ın heyətində çıxış edib. Portuqaliyalı ulduz daha sonra 2025-ci ilin yayında Moskva "Spartak"ına transfer olunmuşdu.
Ötən mövsüm Rusiya klubunun heyətində bütün turnirlərdə 37 oyuna çıxan yarımmüdafiəçi 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Moskva təmsilçisi ilə 2029-cu ilin yayına qədər müqaviləsi olan Gedsonun "Transfermarkt" portalındakı dəyəri 16 milyon avrodur.













