"Neftçi" Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Moldovanın "Speranta" klubu ilə keçiriləcək oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib. Matc.az paytaxt klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, ərizədə 24 futbolçu yer alıb:
 
Qapıçılar: 1. Səlahət Ağayev, 12. Kamran İbrahimov, 30. Aqil Məmmədov;
 
Müdafiəçilər: 3. Mamadu Mbodj, 5. Anton Krivotsyuk, 6. Voyislav Stankoviç, 18. Tural Axundov, 25. Kirilo Petrov, 26. ömər Buludov, 51. Mehmet Serin, 85. Şöhrət Yusifov;
 
Yarımmüdafiəçilər: 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov, 10. Dario Federiko, 11. Vangelis Platellas, 17. Rəhman Hacıyev, 28. Stiven Jozef-Monroz, 33. Turan Vəlizadə, 36. Mamadu Kane, 37. Vüsal Əsgərov, 80. İsmayıl Zülfüqarlı, 93. Soni Mustivar;
 
Hücumçular: 9. Baqali Dabo, 19. Rauf Əliyev.
 
Qeyd edək ki, "Neftçi"nin "Speranta" ilə ilk oyunu iyulun 11-də "Zimbru" stadionunda, cavab matçı isə ayın 18-də Bakıdakı 8-ci km stadiounda keçiriləcək. Hər iki görüşə Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest