Topaz Premyer Liqasının IX turunda "Neftçi" ilə qarşılaşacaq "Qarabağ" oyunun hazırlıqlarına başlayıb. Matç.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Qurban Qurbanovun yetirmələri "Vorskla"yla oyundan sonra məşqlərini fasiləsiz davam etdirir.

Ağdam təmsilçisi növbəti məşqinə klubun bazasında çıxıb.

Qeyd edək ki, "Qarabağ" "Neftçi" ilə oktyabrın 28-də səfərdə qarşılaşacaq. Görüş saat 17:00-da başlayacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest