"Qarabağ" futbol klubunun 2026/2027 mövsümü üçün hazırlıq planı məlum olub.

"Qarabağ" futbol klubunun 2026/2027 mövsümü üçün hazırlıq planı məlum olub.

Matc.az xəbər verir ki, iyunun 10-da Bakıda bir araya gələcək komanda hazırlığın ilk mərhələsini paytaxtda keçəcək. Bu mərhələ iyunun 22-dək davam edəcək.

Ağdam təmsilçisi iyunun 22-də Avstriyaya yollanacaq və hazırlığın ikinci mərhələsini Tirol əyalətində keçirəcək. Avstriya toplanışı iyulun 2-dək davam edəcək.

Təlim-məşq toplanışı çərçivəsində üç yoxlama oyununun keçirilməsi nəzərdə tutulub. Komanda iyunun 27-də Bolqarıstanın ÇSKA (Sofiya) klubu ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

"Qarabağ" iyulun 1-də isə iki yoxlama matçına çıxacaq. Komandanın həmin gün ilk rəqibi Ukraynanın "Metallist" klubu olacaq və oyun Bakı vaxtı ilə saat 15:00-da start götürəcək. Avstriya hazırlığındakı son rəqib isə Macarıstan təmsilçisi "Ferentsvaroş" olacaq. Bu qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest