10 İyun 2026, 19:32
FUTBOL
"Turan Tovuz" klubu təcrübəli yarımmüdafiəçisi Filip Ozobiçlə yollarını ayırıb.
Matc.az xəbər verir ki, bu barədə Qərb təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, futbolçu ilə başa çatan müqavilənin müddəti yenilənməyib və tərəflər əməkdaşlığa son qoyublar. Klub Ozobiçə göstərdiyi xidmətlərə görə təşəkkür edib, ona gələcək karyerasında və şəxsi həyatında uğurlar arzulayıb.
Qeyd edək ki, təcrübəli oyunçu Premyer Liqanın 2025/2026-cı illər mövsümündə "Turan Tovuz"un heyətində meydana çıxdığı 27 rəsmi matçda 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.










_1781108547.jpg)


