Yeni mövsümdən Misli Premyer Liqasında çıxış edəcək "Şəfa" klubu heyəti yeniləməyə davam edir. Paytaxt təmsilçisi daha üç futbolçusu ilə rəsmən vidalaşıb.

Yeni mövsümdən Misli Premyer Liqasında çıxış edəcək "Şəfa" klubu heyəti yeniləməyə davam edir. Paytaxt təmsilçisi daha üç futbolçusu ilə rəsmən vidalaşıb.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, müdafiəçi Hüseyn Mürsəlov, yarımmüdafiəçi Aqil Nəsibov və iranlı hücumçu Amir Ebrahimzadenin başa çatan müqavilələrinin müddəti uzadılmayıb. Klub rəhbərliyi hər üç oyunçuya göstərdiyi xidmətlərə görə təşəkkür edib və gələcək karyeralarında uğurlar arzulayıb.

Xatırladaq ki, "Şəfa" bundan əvvəl qapıçı Əli Həsənli, müdafiəçi Zahid Mərdanov və yarımmüdafiəçi Emin Zamanovla da yolları ayırmışdı.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest