FİFA Şurası Ruandada təşkil olunan iclasında Cənubi Amerika və Afrika futbol konfederasiyalarının müraciətinə baxıb. Matç.az xəbər verir ki, qurum hər iki təşkilatın iki qitə çempionatı bağlı istəyini müsbət cavablandırıb.

Belə ki, Amerika kuboku bundan sonra cüt illərdə, 4 ildən bir təşkil olunacaq. Amerikalılar bu sistemə 2020-ci ildən başlayaraq keçəcək. Okeanın o tayındakı funksionerlər bu addımı yarışın  hər yay Avropa çempionatı ilə harmoniya təşkil etməsi ilə əsaslandırıb.

İlk bu sistemli yarış 2020-ci il iyunun 12-dən iyulun 12-dək keçiriləcək. AVRO-2020 də eyni tarixi əhatə edəcək.

Bu addımın böyük klubların təsiri ilə atıldığını söyləmək olar. çünki həm AVRO, həm Amerika kubokuna futbolçu göndərən nəhənglərə ayrı-ayrı vaxtlarda aparıcı oyunçulardan məhrum olmaq sərf etmir.

Düzdü, əvvəllər də oxşar hal – çempionatların eyni vaxtda keçirilməsinə təsadüf olunub. Lakin bunun ənənəyə çevrilməsi 2020-ci ildən başlayacaq.

Həmçinin Afrika Millətlər Kuboku 2023-cü ildə həmişə olduğu kimi yanvar-fevralda keçirilməməsi qərarı dəstəklənib. Turnir bütün böyük yarışlar kimi iyun-iyulda baş tutacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest