Futbol üzrə İsveç çempionatında 14-cü turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Emin Nurinin formasını geyindiyi "Kalmar" da növbəti matçına çıxıb. 
 
Sözügedən kollektiv doğma meydanda AİK-lə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.
 
Emin də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.
 
"Kalmar" hazırda 13 xalla 16 iştirakçı arasında 13-cü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest