Futbol üzrə Rumıniya Super Kubokunun qalibi müəyyənləşib. Matc.az xəbər verir ki, həlledici qarşılaşmada ötən mövsümün çempionu "çFR Kluj" ilə ölkə kubokunun son qalibi "Vitorul" üz-üzə gəlib.
 
Qarşılaşmanın taleyini 1 qol həll edib. Matçın başa çatmasına 4 dəqiqə qalmış Andrey Arteanın vurduğu top Georgi Hacinin baş məşqçisi olduğu "Vitorul"a qələbə qazandırıb – 1:0.
 
Bununla da "Vitorul" tarixində ilk dəfə Rumıniya Super Kubokunun qalibi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest