"Kubok oyunu Avropa Liqası görüşünə nə qədər hazır olduğumuzu göstərdi". Matc.az saytının məlumatına görə, bunu "Sperantsa"nn prezidenti Petru Efros deyib.

"Neftçi"nin Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi Moldova kubokunda 1/8 final mərhələsinin cavab görüşünü keçirib. Drokia "Sperantsa"sını ilk oyunda (6:1) olduğu kimi, cavab matçında da böyük hesabla məğlub edən (3:0) Nisporeni təmsilçisi 1/4 finala adlayıb.

Qarşılaşmadan sonra yerli mətbuata danışan klub prezidenti komandasının "Neftçi" ilə görüşə hazır olduğunu deyib: "Oyuna lazım olan kimi başladıq. Futbolçular ciddiliyi əldən vermirlər. ümumiyyətlə, ilk qolu buraxmamaq və mümkün qədər tez hesabı açmaq çox vacibdi. "Neftçi" ilə ev matçında start heyətində yer alacaq futbolçuları təxmin etmək olar. Azərbaycanlılarla oyuna hazırıq. Heç bir zədəlinin olmaması da sevindirici məqamdı".

Qeyd edək ki, "Neftçi" ilə "Sperantsa" arasında ilk oyun iyulun 11-də "Zimbru" stadionunda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest