08 İyul 2019, 10:07
FUTBOL
"Roma"nın hücumçusu Stefan El-Şaravi karyerasını çində davam etdirəcək. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 27 yaşlı futbolçu "Şanxay Şenxua" ilə anlaşıb.
Yeni komandası ilə 3 illik müqavilə bağlayan italiyalı forvardın bu müddət ərzində ümumi qazancı təxminən 40 milyon avro olacaq. "Roma" isə bu transferdən 18 milyon avro gəlir götürüb.
Qeyd edək ki, Stefan El-Şaravi 2016-cı ildən bəri "Roma"da çıxış edirdi.