Cənubi Amerika Futbol Konfederasiyası Argentina millisinin kapitanı Lionel Messini cəzalandıra bilər. Buna səbəb superulduzun qurumu korrupsiyada ittiham etməsidi.
Cənubi Amerika Futbol Konfederasiyası Argentina millisinin kapitanı Lionel Messini cəzalandıra bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, buna səbəb superulduzun qurumu korrupsiyada ittiham etməsidi.
Belə ki, Leo Amerika Kubokunda çili ilə keçirilən 3-cü yer uğrunda görüşdən sonra turnirin aşağı səviyyədə keçdiyini, təşkilatçıların və hakimlərin Braziliyanı çempion etməyə çalışdıqlarını bildirib. Bu sözlərinə görə, 32 yaşlı hücumçu 2 il millinin oyunlarından kənarlaşdırıla bilər.
Əgər bu cəza verilsə, Messi Amerika Kuboku-2020-ni və Dç-2022-nin seçmə mərhələsini buraxacaq.
Qeyd edək ki, Braziliyanın çempion olduğu yarışda Messi çili ilə qarşılaşmanın 37-ci dəqiqəsində qırmızı vərəqə alıb və mükafatlandırma mərasiminə qatılmayıb.