Bu gün AFFA-nın Futbol akademiyasında 2019-2020-ci il lisenziyalaşdırma mövsümündə UEFA-nın klub yarışlarında və Topaz Premyer Liqasında iştirak etmək üçün lisenziya əldə etmiş klubların nümayəndələri ilə görüş keçirilib.

Matc.az xəbər verir ki, lisenziyalaşdırma qrupunun əməkdaşları tərəfindən iştirakçılara mövsümün yekunları ilə bağlı məlumat və statistik göstəricilər haqqında məlumat verilib.

Tədbirin sonunda növbəti mövsümdə Azərbaycan Premyer Liqasında iştirak edəcək klublar müvafiq lisenziyalarla təltif olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest