08 İyul 2019, 13:38
FUTBOL
"Səbail"in Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi "Universitatya Krayova" Bakıya itki ilə gələcək. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, Rumıniya klubu bir futbolçunun xidmətindən yararlana bilməyəcək.
Söhbət yarımmüdafiəçi Aleksandru çiçaldaudan gedir. Komanda qarşılaşmanın son hazırlığını ölkə daxilində keçsə də, 22 yaşlı futbolçu hələ də məşqlərə qoşulmayıb. Onun "Səbail"lə ilk matçı buraxacağı dəqiqdi. Yenicə icarəyə götürülən Aleksandru İonita və Florin Qardoş isə kollektivə yeni qoşulub. Onların Bakıdakı oyunda iştirakı sual altındadı.
Qeyd edək ki, "Səbail" - "Universitatya Krayova" matçı iyulun 11-də "Bayıl Arena"da keçiriləcək.