"Boka Xuniors"un yarımmüdafiəçisi Vilmar Barrios Avropaya köçə bilər. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, 25 yaşlı oyunçu "Real"ın maraq dairəsindədi.

Madrid klubunun skautları Kolumbiya millisinin üzvünü müntəzəm izləyir və onun barədə düşüncələri müsbətdi. Futbolçunun "Boka Xuniors"la müqaviləsində yer alan bəndə görə, onun sərbəst qalma məbləği 24 milyon dollardı. Onu həmçinin İngiltərə klubları da izləyir.

Qeyd edək ki, Vilmar Barrios bu il keçirilən dünya çempionatında Kolumbiya yığmasının heyətində 3 oyun keçirib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest