"Vest Hem" hücumçusu Marko Arnautoviçi satıb. Matc.az xəbər verir ki, bunu klub rəsmi saytı vasitəsilə yayıb.

30 yaşlı forvard bundan sonra karyerasını çində davam etdirəcək. Avstriya yığmasının üzvü çin Superliqasının son qalibi "Şanxay SİPQ"ə keçib. Bu transfer Premyer Liqa klubuna 25 milyon avro qazandırıb.

Qeyd edək ki, "Vest Hem" bu ilin yanvarında çindən Arnautoviç üçün edilən 60 milyon avroluq təklifi rədd etmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest